18 yaşında ata olacaq - FOTOLAR
2020-ci ildən "Mançester Yunayted"də çıxış edən Alexandro Qarnaço ata olmağa hazırlaşır.
mediasport.az xəbər verir ki, 19 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Argentina əsilli ispaniyalı vinger sevgilisi Eva Qarsiya ilə birlikdə dünyaya gələcək uşağın oğlan olduğunu qeyd edib. Cütlük doğulacaq körpəyə artıq ad da qoyub:
- Həyatın başladığı və sevginin heç bitmədiyi yer…Ən böyük arzumuzu həyata keçirməyə hazırlaşdığımız zaman hisslərimizi izah edə bilmərik. Səninlə görüşənə qədər günləri sayırıq, atan və anan səni artıq çox sevir, Enso.