18 yaşlı azərbaycanlı forvard "Dinamo"nun heyətində debüt etdi
Gənc azərbaycanlı futbolçu Yusuf Mehtiyev Gürcüstanın "Dinamo" klubunda debüt edib.
Mediasport.az xəbər verir ki, 18 yaşlı forvard Tbilisi təmsilçisinin heyətində ölkə çempionatının son turunun "Qaqra" ilə qarşılaşmasında meydana çıxmaq imkanı qazanıb.
Hücumçu paytaxt klubunun 0:1 hesabı ilə məğlub olduğu görüşdə 45 dəqiqə meydanda olub.
"Dinamo" "İberia"nın çempion olduğu liqada mövsümü 7-ci sırada başa vurub.
Qeyd edək ki, Mehtiyevin klubla 2027-ci il yanvarın 30-na qədər müqaviləsi var.