20-ci Azərbaycan çempionatına və Bakı birinciliyinə start verilib
Milli Gimnastika Arenasında (yeni zal) tamblinq üzrə 20-ci Azərbaycan çempionatına və Bakı birinciliyinə start verilib.
Mediasport.az xəbər verir ki, həm kişi, həm də qadınlar arasında olan yarışda üç klubdan 33 gimnast mübarizə aparır.
İdmançılar dörd kateqoriyada - uşaqlar (2014-2016-cı il), yeniyetmələr (2012-2013-cü il), gənclər (2008-2011-ci il) və böyüklər (2007-ci il və daha böyük) üzrə yarışlarda mübarizə aparırlar.
Bu növ üzrə yarışda qaliblər təsnifat mərhələsində iki çıxışın cəminə əsasən müəyyənləşəcək.