3 güləşçimizdən 3 medal

3 güləşçimizdən 3 medal

Astanada Qazaxıstanın Olimpiya və Dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnir davam edir.

mediasport.az xəbər verir ki, ikinci yarış günündə ilk medalçılar müəyyənləşib.

Ruslan Nurullayev (72 kq) qızıl, İsmayıl Rzayev (82 kq) gümüş, Fərid Sadıxlı (55 kq) isə bürünc medal qazanıb.

Yarışın son günündə İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) finalda güləşəcək. Rəvan Nuriyevlə (77 kq) Aqil Musayev (77 kq) 3-cü yer uğrunda qarşılaşmaya çıxacaq. Təvəkgül Həziyev (67 kq) və Etibar Rzayev (87 kq) təsəlliverici görüşdə iştirak edəcək.

Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyur.