Ronaldu özünün rekordunu yenilədi

Ronaldu özünün rekordunu yenilədi

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib.

Mediasport.az xəbər verir ki, 39 yaşlı dünya ulduzu yeni uğuruna Pro Liqanın 12-ci turunun "Damak"la qarşılaşmasında nail olub.

Komandasına dublla qələbə qazandıran Portuqaliya millisinin kapitanı karyerasında vurduğu qol sayını 915-ə çatdırıb.