44 şahmatçımız Avropa çempionatında mübarizə aparacaq
Sentyabrın 4-də Rumıniyanın Mamaya şəhərində yeniyetmə şahmatçıların Avropa çempionatına start veriləcək.
Mediasport.az xəbər verir ki, turnirdə 8, 10,12,14, 16 və 18 yaş kateqoriyalarında qitənin ən yaxşı iti zəka sahibləri müəyyənləşəcək.
Yarışda Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Rumıniyada 44 şahmatçımız medallar uğrunda mübarizə aparacaq. Heyətdə Azərbaycan birinciliyi və “Baku Open” turnirində fərqlənən şahmatçılar, perspektivli yeniyetmələr, Landau Məktəbində seçilən uşaqlar yer alıb.
Qeyd edək ki, şahmatçılarla birgə məşqçilər Fərid Abbasov, Raul Quliyev, Samir Cavadzadə və Fikrət Sideifzadə səfərə yollanacaq.
Yarış sentyabrın 15-də yekunlaşacaq.