"Sabah" uduzdu, "Neftçi", "Gəncə" və "NTD Servis" şərikli liderdir - ABL

"Sabah" uduzdu, "Neftçi", "Gəncə" və "NTD Servis" şərikli liderdir - ABL

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2-ci tur yekunlaşıb.

mediasport.az xəbər verir ki, günün ilk görüşündə "AAAF Xırdalan" komandası "Sabah" basketbolçularından üstün olub - 79:73.

Görüşün ən məhsuldar basketbolçuları "AAAF Xırdalan"dan Deymon Makduel (24 xal, 6 ribaund), "Sabah"dan isə Kristian Roller (17xal, 12 ribaund) olub.

Turun bağlanış qarşılaşmasında "Olimpik Şəki" ilə "NTD Servis" üz-üzə gəlib. İlk turu maksimum nəticə ilə başa vurmuş Tahir Baxşıyevin baş məşqçisi olduğu "NTD Servis" növbəti qələbəsini rəsmiləşdirib - 98:74.

Duelin ən məhsuldar basketbolçuları "Olimpik Şəki"dən Ceyson Brauer (22 xal, 9 ribaund), "NTD Servis"dən isə Stenford Vilyam (28 xal, 6 asist) olub.

Növbəti turun görüşləri 26 və 29 oktyabr tarixlərində keçiriləcək.