ABŞ rus idmançıların olimpiadaya qatılmasının tərəfdarıdır - AÇIQLAMA
ABŞ Olimpiya Komitəsi (USOPC) maraqlı təkliflə diqqət çəkib.
mediasport.az xəbər verir ki, qurum Ukraynaya müharibə səbəbindən 1 ilə yaxındır beynəlxalq arenadan kənarlaşdırılan rusiyalı idmançıların 2024-cü il Paris Yay Olimpiya Oyunlarında iştirak etmələrinin tərəfdarı olduğunu bildirib.
Bu haqda komitə prezidenti Süzan Layons açıqlama verib. Onun sözlərinə görə, rusların beynəlxalq yarışlara qayıdışı olimpiya hərəkatı üçün vacibdir: "Rus idmançılarının təcrid olunması bizi geriyə atır. Eyni zamanda Ukrayna xalqına və bu ölkənin təmsilçilərinə dəstəyimizi davam etdiririk. ABŞ ömrünü bu işə həsr etmiş idmançılar üçün yarışa qayıtmaq imkanlarının axtarışını dəstəkləyir. Lakin mövcud sanksiyalar səbəbindən rusların öz ölkələrinin bayrağı altında çıxış etmələrinə qəti şəkildə qarşıdır".
Paris olimpiadası 2024-cü il 26 iyul-11 avqust tarixlərində keçiriləcək.