Premyer Liqada danışılmış oyunlar şübhəsilə araşdırma başlandı
"Şamaxı" iki futbolçusu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Kapitan Adil Nağıyev və gürcü legioner Georgi Kantariya ilə müqavilələr qarşılıqlı razılıq əsasında pozulub.
Mətbuatda və sosial şəbəkələrdə hər iki futbolçunun adı danışılmış oyunlarla əlaqəli çəkilir.
Bölgə təmsilçisinin yaydığı bəyanatda futbolçularla ayrılığın səbəblərinə aydınlıq gətirməməsi şübhələri dərinləşdirib.
AFFA-dan Mediasport.az saytına verilən məlumata görə, yayılan məlumatlar, səsləndirilən fikirlərdən xəbərdardırlar və məsələ onların nəzarətii altındadır.
Federasiyanın müvafiq şöbəsi araşdırmalara başlayıb: "Bu məsələ diqqətimizdədir. Müvafiq araşdırmalar aparıldıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".