AFFA Hakimlər Komitəsinin rəhbəri "Qalatasaray"ın matçına təyinat aldı
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere UEFA-dan təyinat alıb.
Mediasport.az xəbər verir ki, sabiq FİFA referisi UEFA Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda keçiriləcək “Malmö” - “Qalatasaray” görüşündə iş başında olacaq.
Belçikalı matçın hakim-inspektoru funkaisyasını yerinə yetirəcək.
Dekabrın 12-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.