AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

mediasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının I turundan sonra bəzi klublar cərimələnib.

04.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının I turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melonun futbol formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 75.3);

05.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının I turunun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

06.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının I turunun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

06.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının I turunun “Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);

06.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının I turunun “Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 77.1);