Almaniya klubunun üzvü: "Bakıdan xalla qaytmaq üçün potensialımız var"
Futbol üzrə AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində iyunun 17-də Bakıda milli komandamızla qarşılaşacaq Estoniya yığmasının müdafiəçisi Karol Mets səfərlə fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, 30 yaşlı futbolçu evdə keçirəcəkləri bütün oyunlar, o cümlədən Azərbaycanla hər iki matçda xal ala biləcəklərini deyib.
"Növbəti mövsümdən Almaniya klubu "Sankt-Pauli"də forma geyinəcək Mets onları Bakıda çətin oyunun gözlədiyini də vurğulayıb: "İndi əsas diqqətimizi Bakıdakı duelə yönəltmişik. Keçən il "Sürix"in heyətində Çempionlar Liqasının təsnifat mərhələsinin oyununda orada olmuşam, ümumiyyətlə, evdə güclü çıxış edirlər. Buna baxmayaraq, səfərdən xalla qaytmaq üçün potensialımız var. Onlar səfərdə tamamilə fərqli görünürlər".
Azərbaycan - Estoniya matçı "Dalğa Arena"da keçiriləcək. Qonaqlar 3 gün sonra doğma meydanda Belçika millisini qəbul edəcəklər.