Almaniya mətbuatı Mahirdən narazı olsa da, Kloze əks fikirdədir

Almaniya mətbuatı Mahirdən narazı olsa da, Kloze əks fikirdədir

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandada çıxış edən Azərbaycan yığmasının futbolçusu Mahir Emreli haqqında danışıb.

Mediasport.az xəbər verir ki, ötənlərin məşhur siması hücum xəttinin son oyunlardakı çıxışları ilə əlaqəli yerli "Bild"ə danışıb.

O, Almaniya mətbuatının 27 yaşlı hücumçunun son matçlardakı performansından narazılığını cavablandırıb.

Əks fikirdə olan Kloze yerli medianın "Paderborn"la (2:3) matçdakı məhsuldar ötürmədən savayı, azərbaycanlı futbolçu son bir neçə həftədə çox az uğur qazanıb. Emreli “Elversberq”lə son görüşdə (1:2) bir neçə qol şansı əldə etsə də, yararlana bilməyib" fikrinə belə reaksiya verib:

"Doğrudur, "Elversberq"lə görüşdə digər qarşılaşmalarda olan istək və sayıqlığı, topsuz işləmək əzmini görmədim. Lakin ümumən hücum tandeminin performansını yüksək qiymətləndirirəm. Komandada iki və ya üç nəfər digərlərindən az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil”.

Xatırladaq ki, “Nürnberq” 15 turdan sonra 19 xalla 12-ci pillədə qərarlaşıb, komanda 2-ci Bundesliqada 4 turdur qələbə qazana bilmir.