Almaniya yığmasının mundial üçün yekun heyəti açıqlandı - DÇ-2022

Almaniya yığmasının mundial üçün yekun heyəti açıqlandı - DÇ-2022

Almaniya millisinin Qətərdə start götürəcək Dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, Hans-Diter Flik 26 oyunçuya dəvət göndərib.

Qapıçılar: Manuel Noyer ("Bavariya"), Andre Ter-Ştegen ("Barselona", İspaniya), Kevin Trapp ("Ayntraxt")

Müdafiəçilər: Armel Bella-Koçap ("Sauthempton", İngiltərə), Mattias Ginter, Kristian Günter (hər ikisi "Frayburq"), Tilo Kerer ("Vest Hem", İngiltərə), Lukas Klostermann, David Raum (hər ikisi "Leypsiq"), Antonio Rüdiger ("Real", M., İspaniya), Niko Şlotterbek ("Borussiya" D.,)

Yarımmüdafiəçilər: Kərim Adeyemi, Yulian Brandt (hər ikisi "Borussiya" D.,), Serj Qnabri, Leon Qoretska, Coşua Kimmix, Camal Musiala, Leroy Sane (hamısı "Bavariya"), Mario Götse ("Ayntraxt"), İlkay Gündoğan ("Mançester Siti", İngiltərə), Kay Haverts ("Çelsi", İngiltərə), Yonas Hofmann ("Borussiya" M.,)

Hücumçular: Niklas Füllkruq ("Verder"), Yussufa Mukoko ("Borussiya" D.,), Tomas Müller ("Bavariya")

DÇ-2022 20 noyabr-18 dekabr tarixlərində keçiriləcək. Almaniya yığması E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.