"Antalyaspor"un futbolçusu Azərbaycan milli komandasında
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ görüşləri 6-11 aprel tarixlərində Slovakiyada keçiriləcək.
B qrupunda mübarizə aparacaq Azərbaycan futbolçularının rəqibləri Monteneqro və Slovakiya yığmaları olacaq.
Komandamızın heyəti:
Feyzullayeva, Milana Rəhimova, Fatimə Əhmədli (hamısı “Şırnak Belediye Spor”, Türkiyə), Nailə Aliyeva, Aytac Mirzəyeva, Müjgan Seyidova, İntizar Haqverdiyeva (hamısı “Neftçi”), Fidan Cəfərova, Samirə Aşırova, Nurçin Tarverdizadə, Türkan Abdullayeva, Lalə Həsənova (hamısı “Xırdalan Siti”), Fatiməyi Zəhra Huseynli (“Sumqayıt”), Gencay Şeyma Nur (“Yukatel Kayseri”, Türkiyə), Buse Nur Kocabey (“Antalyaspor”, Türkiyə), Tuğba Nur Bozkurt (“Beykent”, Türkiyə), Eda Nur Mutlu (“Qazikentspor”, Türkiyə) və Nahidə Məmmədova (“Nuxa”).