AVRO-2026: Çexiya - Belçika matçı azərbaycanlı hakimlərə tapşırıldı
Azərbaycanın futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılova təyinat verilib.
Mediasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər AVRO-2026-nın əsas mərhələsində Çexiya - Belçika oyununu idarə edəcək.
Qeyd edək ki, dekabrın 13-də Çexiyanın Plzen şəhərində keçiriləcək görüş saat 22:00-da başlanacaq.