Avropa çempionatı: Azərbaycan millisi Şimali İrlandiyaya uduzub

 Avropa çempionatı: Azərbaycan millisi Şimali İrlandiyaya uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Şimali İrlandiya yığması ilə qarşılaşıb.

Komandamız 37-ci dəqiqədən azlıqda qalan rəqbinə məğlub olub. Camal Cəfərov ilk hissədə penaltini qaçırıb.

Qeyd edək ki, komandamız ilk görüş çərçivəsində səfərdə Serbiyaya 0:2 hesabı ilə məğlub olmuşdu.


U-21 Avropa çempionatı. Seçmə mərhələ


18:00 Azərbaycan - Şimali irlandiya 0:1

Qol: Makqakgin, 19.

Baş hakim: Georgi Davidov (Bolqarıstan)

Bakı, "Azərsun Arena".

Azərbaycan: 12.Yusif İmanov, 2.Abdulla Rzayev, 3.Mirəli Əhmədov, 4.Hüseyn Babayev, 7.Camal Cəfərov, 8.Fərid Yusifli (k), 9.Ağadadaş Salyanski, 10.Veysəl Rzayev, 17.Murad Vəliyev, 18.Mahir Həsənov, 23.Ramin Nəsirli.

Baş məşqçi: Samir Əliyev.

Şimali İrlandiya: 1.Stefen MakMullan, 2.Çarl Conston, 3.Şon Stüart, 4.Maykl Forbes, 5.Sem MakKlellend, 6.Çarli MakKann, 8.Patrik Kelli, 9.Kiaran MakQukin, 10.MakKlernan, 14.Aaron Donnelli, 21.Çarli Allen.

Baş məşqçi: Tommi Rayt.