Avropa çempionatı: Millimiz Estoniya yığması ilə qarşılaşacaq

 Avropa çempionatı: Millimiz Estoniya yığması ilə qarşılaşacaq

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığmamız Estoniya kollektivi ilə üz-üzə gələcək.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Qeyd edək ki, U-19 seçmə mərhələnin ilk matçında İsveçrə millisinə 0:8 hesabı ilə uduzub.

Komandamızın qrupda son dueli dekabrın 2-də Kipr seçməsinə qarşı olacaq.