Azər Əliyev EYOF komissiyasının iclasında iştirak edib
Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) komissiyasının iclası keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə MOK-un baş katibi, EYOF komissiyasının üzvü Azər Əliyev də iştirak edib.
Əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına “Friuli Venesiya Juliua-2023” Qış və “Maribor-2023” Yay Olimpiya festivallarının hesabatları təqdim olunub.
Sonra “Bakuriani Borjomi-2025” Qış və “Skopye-2025” Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub.
Əlavə olaraq, görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar haqqında müzakirələr aparılıb.