Azərbaycan 8 qızıl medalla Dünya Kubokunu qazandı

Azərbaycan 8 qızıl medalla Dünya Kubokunu qazandı

Qırğızıstanın paytaxtı Bişkekdə güc idman növü olan “strict curl” üzrə Dünya Kuboku yarışı keçirilib.

mediasport.az xəbər verir ki, turnirdə Azərbaycan Stronqmen Federasiyasının idmançıları uğurla çıxış ediblər.

İdmançılarımız 8 qızıl, 2 gümüş medal və 2 mütləq çempionluq kubokuna sahib olublar. Dünya Kuboku yarışında İsa Abbaszadə qızıl, Sadiq Musayev və Sənan Şükürov (hər üçü 82,5 kq) gümüş medal qazanıblar. İ.Abbaszadə mütləq çempionluqda birinci, K.Məmmədli ikinci olublar. S.Musayev və S.Şükürov isə 33-39 yaş qrupunda qızıl medala sahib olublar.

Cəlal Əliyev (110 kq), Mübariz Musayev (140 kq) və 40-44 yaş kateqoriyasında mübarizə aparan Emin Nadirov (125 kq) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

“Sguat” hərəkətində Camal Əhmədzadə 292,5 kiloqram nəticə ilə turniri birinci pillədə başa vurub.

Gənclər yaş kateqoriyasında 82,5 kiloqram çəki dərəcəsində çıxış edən Muradəli Qəmbərli qızıl medala layiq görülüb.