Azərbaycan birinciliyində final mərhələsinə yekun vuruldu

Azərbaycan birinciliyində final mərhələsinə yekun vuruldu

Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub.

mediasport.az xəbər verir ki, yarışda 2008-2010-cu il təvəllüdlü oğlanlar və qızlar mübarizə aparıblar.

Oğlanların yarışında daha yaxşı oyun nümayiş etdirən “Bakı-2” (2 nömrəli RİOEUGİM) qalib ayrılıb. “Bakı-1” (6 nömrəli İOEUGİM) ikinci, “Mingəçevir” üçüncü yeri tutublar.

Qızların mübarizəsində “Bakı-1” komandası bütün rəqiblərini qabaqlayıb. “Bakı-2” komandası gümüş, “Şirvan” isə bürünc medala yiyələniblər.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən birinciliyə dördü oğlanlardan, dördü isə qızlardan ibarət olmaqla, səkkiz komanda qatılıb.