Azərbaycanın iki klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycanın iki klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Minifutbol üzrə 2 komandamız Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu "Birbaşa Bakı" 1/8 finalda Ukraynanın “Andezit” kollektivini 2:1 hesabı ilə məğlub edib.

"Birbaşa Bakı" tarixində ikinci dəfə yarışın bu mərhələsinə yüksəlib.

Digər təmsilçimiz "Zirə" isə Macarıstanın "Şanto" klubunu darmadağın edib - 4:0.