Çempion məlum oldu
Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatı keçirilib.
mediasport.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda 50-yə yaxın iştirakçı mübarizə aparıb.
Qoşa turnirdə Əli Heydərli ilə Rəhim Hüseynov qələbə qazanıb. Məmmədağa Rüstəmovla Elşad Vahidov ikinci, Mahir Cəbiyev və Ağali Seyidrəhim üçüncü yeri tutub.
Fəxri kürsüdə yer alan iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.
Müxtəlif yaş qrupları üzrə şəxsi yarışlar isə belə nəticələnib:
40-49 yaş
1-ci yer. Zaur Mikayılov
2-ci yer. Mehman Səmədov
3-cü yer. Mahir Cəbiyev
50-59 yaş
1-ci yer. Əli Heydəri
2-ci yer. Elşad Vahidov
3-cü yer. Akif Zeynalov
60-69 yaş
1-ci yer. Məzahir Həsənov
2-ci yer. İlham Ağayev
3-cü yer. Fuad Qasımov
70 yaş və yuxarı
1-ci yer. Səxavət Heydərov
2-ci yer. Firudin Hüseynov
3-cü yer. Vladislav Fedorenko