Azərbaycan çempionunun növbəti transferi braziliyalı olub - RƏSMİ
“Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirməkdə davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu daha bir oyunçu ilə anlaşıb.
Heyətə braziliyalı “stolb” Dioqu Auqustu cəlb edilib. 24 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, ölkəsində “Taboao da Serra” və “Sau Paulu” klublarının formasını geyinib.
Qeyd edək ki, Naxçıvan təmsilçisi qış fasiləsində bunadək Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Junioru transfer edib.