Azərbaycan gimnastı Danimarkada beynəlxalq yarışda qalib gəldi

 Azərbaycan gimnastı Danimarkada beynəlxalq yarışda qalib gəldi

Azərbaycanın tamblinq üzrə gimnastı Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” beynəlxalq yarışında qələbə qazanıb.

Mediasport.az xəbər verir ki, Tofiq Əliyev 2014-cü ildən etibarən keçirilən bu yarışda üçüncü dəfə iştirak edib.

“FaceOFF” fərqli formatı və unikal qaydaları ilə seçilir.

İdmançılar ən yaxşı çıxışlarını təqdim etmək üçün üz-üzə mübarizə aparırlar ki, bu da tamaşaçılar üçün idman şousuna çevrilir.

Yarış idmançıların texniki bacarıqları və artistik performanslarını ən yüksək səviyyədə nümayiş etdirməsi üçün ideal platformadır.