Azərbaycan hakimləri qitələrarası kurslarda yüksək nəticə göstərdilər
Azərbaycan təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.
Mediasport.az xəbər verir ki, kurslarda ölkəni akrobatika və idman gimnastikası üzrə hakimlər təmsil ediblər.
Kurslar dekabrın 1-8-i aralığında baş tutub.
1. Əhməd Ağayev - kateqoriya 1 (idman gimnastikası)
2. Rza Əliyev - kateqoriya 2 (idman gimnastikası)
3. Durdanə Əhmədova - kateqoriya 3 (akrobatika gimnastikası)
4. Arif Feyziyev - kateqoriya 3 (parkur)