Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır

Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün Rumıniyada minifutbol üzrə Çempionlar Liqasının yeni mövsümünə start verilir.

Mediasport.az xəbər verir ki, ÇL-də Azərbaycanı iki klub təmsil edəcək.

Püşkatmanın nəticələrinə əsasən, “Birbaşa Bakı” “Prestij” (Albaniya), “Volta” (Moldova) və “Maqufana” (Yunanıstan) komandaları ilə C qrupunda mübarizə aparacaq.

“Zirə” isə F qrupunda “Terra Trak” (Bolqarıstan) və “Andezit”lə (Ukrayna) eyni qrupda yer alıb. “Birbaşa Bakı” bu gün ilk oyunu Yunanıstan klubu ilə oynayacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.