Azərbaycan klubu "Slovan"la matç üçün 15 oyunçu sifariş etdi - SİYAHI

Azərbaycan klubu "Slovan"la matç üçün 15 oyunçu sifariş etdi - SİYAHI

Ölkəmizi Çelenc kubokunda təmsil edəcək “Azərreyl” yekun siyahını Avropa Voleybol Konfederasiyasına göndərib.

mediasport.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçi olduğu komanda 15 voleybolçu sifariş edib.

Superliqanın gümüş medalçısı yığmanın sabiq hücumçusu Katerina Jidkovanı yenidən heyətə qaytarıb. Ondan başqa Aynur İmanova, Yuliya Kərimova və Bəyaz Quliyeva da “dəmiryolçular”ın şərəfini qoruyacaq. “Azərreyl” avrokubokda mübarizəyə 1/32 finaldan başlayacaq. Komanda Slovakiyanın “Slovan” klubu ilə noyabrın 29-da və 30-da Bakı İdman Sarayında üz-üzə gələcək. Hər iki oyun saat 18:00-da başlanacaq. İlk qarşılaşmada rəqib, cavab görüşündə vitse-çempion meydan sahibi olacaq.


"Azərreyl"in sifariş ərizəsi

Toppaylayıcılar: 3.Raziyə Əliyeva, 8.Valeriya Kondratyeva, 9.Səmra Qafarova;

Blokçular: 11.Aynur İmanova, 17.Nilufər Ağazadə;

Liberolar: 10.Asiyat Abuyeva, 16.Yuliya Kərimova, 19.Bəyaz Quliyeva;

Hücumçular: 1.Leyla Parşkova, 2.Xanım Cəlilova, 4.İlhamə Əliyeva, 7.Nərminə Musayeva, 12.Tatyana Trafimova, 15.Katerina Jidkova, 22.Ülkər Kərimova.