Azərbaycan klubunun göndərdiyi futbolçu İsraildə oynayacaq

Azərbaycan klubunun göndərdiyi futbolçu İsraildə oynayacaq

Ötən mövsümün sonunda müqaviləsi başa çatmamş "Qəbələ"dən göndərilən Gilad Abramovun yeni komandası müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Çxadadzenin bəyənmədiyi futbolçu karyerasını vətənində - yetirməsi olduğu komandada davam etdirəcək.

İsrailli yarımmüdafiəçi Premyer Liqa klubu "Hapoel"də (Hadera) forma geyinəcək.

24 yaşlı Abramovla 2025-ci il iyunun 30-na qədər müqavilə bağlanılıb.