Azərbaycan Kubokunda 2-ci mərhələnin cütləri müəyyənləşib

Azərbaycan Kubokunda 2-ci mərhələnin cütləri müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, raundun son oyun günündə bir matç keçirilib.

2-ci Liqa təmsilçilərindən “Şəfa” “Şəmkir”lə qarşılaşıb.

Binə qəsəbə stadionunda baş tutan görüşün əsas və əlavə vaxtı bərabərliklə yekunlaşıb – 1:1.

Penaltilər seriyasında daha dəqiq oynayan “Şəfa” 5:3 hesabı ilə qalib gələrək kubokda 2-ci təsnifat mərhələsinə yüksəlib.

Daha əvvəl “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə qazanmışdılar.

Növbəti mərhələdə 22 komanda 11 cüt formalaşdırıb. Onlardan 7-si I təsnifatdan gələn 2-ci Liqanın, digərləri isə I Liqanın bütün təmsilçiləri və Premyer Liqanın 5 iştirakçısıdır.

II raundun oyunları noyabrın 28-30-da baş tutacaq.


Azərbaycan Kuboku. II təsnifat mərhələsi


“Şəfa” - “Səbail”

“Zaqatala” - “Şamaxı”

“Turan Tovuz” – “Göygöl

“Araz-Saatlı” - “İrəvan”

“Kür-Araz” - “Araz-Naxçıvan”

“İmişli” - “Mingəçevir”

“Lerik” - “Sumqayıt”

“Karvan” - “Difai Ağsu”

“Şahdağ Qusar” - “Qaradağ Lökbatan”

“Kəpəz” – “Baku Sportinq”

MOİK – “Cəbrayıl”