Azərbaycan millisi Avropa birinciliyini 7 medalla başa vurub
İsveçrənin Renens şəhərində keçirilən sumo üzrə U-18 yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışda 2 qızıl, 3 gümüş və 2 bürünc olmaqla 7 medal qazanıb.
Rauf Yadigarlı (mütləq çəki), Cavidan Nəhmətov (70 kq) qızıl, Coşqun Kəlbiyev (55 kq), Kəmran Rəcəbli (70 kq), Abdullah Şərif (90 kq) gümüş, Rauf Yadigarlı (+100 kq) bürünc medal əldə ediblər.
Komanda yarışında isə Rauf Yadigarlı, Məhəmməd Təmirov, Şərif Abdullah, Əli Hümbətzadə bürünc medala sahib olublar.
Yığmamız kişilər arasında ümumi hesabda 2-ci yerə layiq görülüb.