Azərbaycan komandası ilk qızıl medalını qazandı - Avropa Oyunları
Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında ilk medalını qazanıb.
MediaSport.az xəbər verir ki, karate yarışlarında ölkəmizi təmsil edən Tural Ağalarzadə 67 kq çəkidə bütün rəqiblərindən üstün olmaqla, ölkəmizin hesabına ilk - qızıl medal yazdırıb.
Tural finalda yunanıstanlı Dionisios Ksenosu məğlub edib.
Karate yarışlarının ilk günündə mübarizəyə qoşulan Əminağa Quliyev (60 kq) və qadınlardan Fidan Teymurova (50 kq) ilə Mədinə Sadıqovanın (55 kq) yarışı medalsız başa vurublar.
Ölkəmiz medal sıralamasında hələlik 1 medalla 10-cu pillədə qərarlaşıb. Aktivində 4 qızıl, 2 bürünc medal olan Ukrayna idmançıları liderdirlər.