Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan şahmatçısı Eltac Səfərli İsveçrənin Sürix şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, 31 yaşlı qrossmeyster 5,5 xalla ikinci yeri tutub.

O, hindistanlı Krişnan Şaşikira ilə eyni xala malik olsa da, rəqibindən yalnız əlavə əmsallara görə geri qalıb.