Azərbaycan təmsilçisi İspaniya klubu ilə əvvəlcə Bakıda oynayacaq
Çelenc Kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət "Azərreyl" klubu 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək.
Mediasport.az xəbər verir ki, komandamız bu mərhələdə İspaniyanın "Avarça de Menorça" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma noyabrın 9-da saat 19:00-da GİN-nin Voleybol Mərkəzində baş tutacaq.
Komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. Təmsilçimizin səfər matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Ukraynanın "Balta" komandasına hər iki qarşılaşmada qalib gəlib.