Azərbaycan təmsilçisi Avrasiya çempionatında qalib olub

Azərbaycan təmsilçisi Avrasiya çempionatında qalib olub

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada keçirilən atçılığın dresaj növü üzrə cavan atların Avrasiya çempionatında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, təmsilçimiz yarışda 6 yaşlı “Reverie” və 7 yaşlı “So Classi CG” adlı atlarla mübarizə aparıb.

Əlibəyov bütün rəqiblərinə qalib gələrək 1-ci yerə çıxıb.