Azərbaycan yığması Dünya Kubokunda 9-cu yeri tutub

Azərbaycan yığması Dünya Kubokunda 9-cu yeri tutub

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairdə keçirilən Dünya Kubokunun mərhələ yarışında 9-cu yeri tutub.

Mediasport.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında qüvvələrini sınayıblar.

Yaponiyaya 36:45 hesabı ilə məğlub olaraq ən güclü “8-liy”ə yüksəlmək şansını əldən verən sablyaçılarımız 9-cu yer uğrunda görüşlərdə Rumıniya (45:37), Çin (45:44) və Polşa (45:40) yığmalarına qalib gəliblər.

Sablyaçıların şəxsi yarışında yalnız Valeriya Bolşakova ən güclü “32-liy”ə yüksəlməyi bacarıb.