Azərbaycanın qrupunda Belçikadan 5, Avstriyadan 3 qolluq qələbə

Azərbaycanın qrupunda Belçikadan 5, Avstriyadan 3 qolluq qələbə

AÇ-2024-ün seçmə qrup mərhələsində 6-cı tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin qərarlaşdığı F qrupunda 2 qarşılaşma keçirilib.

Qrup birinciliyi mübarizəsi aparan Belçika doğma meydan autsayder Estoniyanı qəbul edib. Domeniko Tedeskonun "iblislər"i qonaq komandanı darmadağın ediblər - 5:0.

Avstriya isə Solna səfərində İsveç yığmasına şans verməyib - 3:1.

Bu nəticələrdən sonra hərəyə 13 xal toplayan Belçika və Avstriya milliləri 1-2-ci pillələri bölüşürlər.

6 xalı olan İsveç 3-cü sıradadır. Azərbaycan və Estoniya 1 xalla müvafiq olaraq 4-5-ci yerlərdə qərarlaşıblar.