Polşada 5-ci günün proqramı: Atıcılıq, boks və taekvondo - Avropa Oyunları

Polşada 5-ci günün proqramı: Atıcılıq, boks və taekvondo - Avropa Oyunları

Polşada keçirilən III Avropa Oyunları davam edir.

MediaSport.az xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

Atıcılıq üzrə qadınlardan ibarət komandamız və fərdi növdə iki idmançımız, qüvvəsini sınayacaq. Boks yarışlarında bu gün ölkəmizi 3, taekvondoda isə 1 idmançı təmsil edəcək.

Geridə qalan 4 gündən sonra Azərbaycanın aktivində 5 medal var. Komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

Avropa Oyunlarını Azərbaycanda "CBC Sport" telekanalı təqdim edir.


III Avropa Oyunları


Atıcılıq

11:00. Regina Meftəhəddinova, Nurlana Cəfərova (skit)

13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)


Taekvondo

13:36. Cavad Ağayev (68 kq)


Boks

20:15. 54 kq, 1/16 final.

Qadınlar: Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya)

20:45. 80 kq, 1/16 final

Kişilər: Murad Allahverdiyev – Kevin Şumann (Almaniya)

22:15. 92 kq, 1/16 final

Alfonso Dominges (92 kq) – Yan Zak (İsrail)