Azərbaycanın Olimpiya çempionuna 8 il 6 ay həbs verilib

Azərbaycanın Olimpiya çempionuna 8 il 6 ay həbs verilib

Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu Elman Muxtarovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Mediasport.az xəbər verir ki, millimizin sabiq üzvünə 8 il 6 ay həbs verilib.

29 yaşlı idmançıya qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 128-ci ( qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb

Muxtarov ötən il münasibətdə olduğu qadının evinə basqın edib. O, həmin vaxt qadının əri M.Məmmədova bıçaqla xəsarət yetirib, evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. 

Qeyd edək ki, Muxtarov 2010-cu ildə Sinqapurda keçirilmiş Olimpiya Oyunlarında qızıl medal qazanıb, 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunlarında ikinci yeri tutub.

2015-ci ildə İranın paytaxtı Tehranda komandalar arasında Dünya Kubokunun qalibi olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən 1-ci Avropa Oyunlarında qazandığı nailiyyətə və Azərbaycan idmanında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.