Bakıda Dünya Kubokunun mükafatçıları müəyyənləşdi

Bakıda Dünya Kubokunun mükafatçıları müəyyənləşdi

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun mükafatçıları müəyyənləşib.

mediasport.az xəbər verir ki, medalçılar bu gün baş tutan həlledici duelləridən sonra məlum olub.

Norveçli Maqnus Karlsen karyerasında ilk dəfə bu titula sahib çıxıb. Beşqat dünya çempionu finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb. Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçəyə nail olaraq, qızıl medala yiyələnib.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya Kubokunda 4-cü yeri tutub.