Bakıdakı DÇ-də növbəti rekord

Bakıdakı DÇ-də növbəti rekord

Bakıda atıcılıq üzrə dünya çempionatının 13-cü günündə tamaşaçılar və iştirakçılar daha bir dünya rekorduna şahid olublar.

Mediasport.az xəbər verir ki, 300 metr məsafəyə uzanaraq atəş açma üzrə kişilər arasında yarışda qızıl medal qazanan Raymond Debeveç 60 yaşında mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu yeniləyib. Bu, qeyd edilən növdə belə yaşlı idmançının ilk nəticəsidir. Daha əvvəl bu növdə rekord vurmuş ən yaşlı atletin 38 yaşı olub (isveçli Karl Olsson).

Yarışda ikinci yeri 599 xal toplayan  Finlandiyadan olan atıcı Aleksi Leppa tutub. Bürünc medalı ABŞ-nı təmsil edən Timoti Şerry bayram edib (599 xal).

Bu növdə kişilərin komanda yarışına gəlincə, Norveç birinci, Polşa ikinci, İsveçrə üçüncü olub.