Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyi başa çatdı
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyi başa çatıb.
Mediasport.az xəbər verir ki, 3 gün davam edən yarışda 6 idman klubundan 95 gimnast müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparıblar.
Alətsiz, top, halqa və gürzlər proqramlarında rəngarəng çıxışlarla yadda qalan idmançılar öz məharətlərini nümayiş etdiriblər.