"Belə məğlubiyyətlər hamımızın başına gəlib, millimizin yanında olmalıyıq" - Qurban Qurbanov

"Belə məğlubiyyətlər hamımızın başına gəlib, millimizin yanında olmalıyıq" - Qurban Qurbanov

"Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turunun "Səbail"lə görüşündən sonra keçirilən mətbuat konfransında yığma komandanmızın çıxışları haqda da fikirlər səsləndirib.

"Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu. Milli fasilədən sonra komanda demək olar ki, bu gün tam yığılmışdı. Futbolçular sona qədər oyunun oldular. Bu, mənim üçün vacib idi. Yaxşı komandaya qalib gəldik. Qarşımızda istəkli rəqib var idi. İnanıram ki, Cavid Daha yaxşı komanda formalaşdıracaq. Ona uğurlar arzulayıram.

Demək olar ki, meydana əsas heyətlə çıxmışdız. Bu, "Araz-Naxçıvan"ın liderliyi ələ keçirməsi ilə bağlı idi, yoxsa qarşıdakı "Lion"la matça görə belə qərar verdiniz?

- "Araz-Naxçıvan"la bağlı heç bir düşüncə yox idi. Bu gün hazır olan futbolçuları meydana buraxdıq. Sonradan xeyli rotasiyalar etdim. Bəzi futbolçuların oyun ritmini qoruyub-saxlamaq lazımdır.

"Lion"la oyunun hazırlığı necə gedir? Bədavi Hüseynovun zədələnməsi planlarınıza necə təsir edəcək?

- Əlbəttə ki, onun zədələnməsini istəməzdik. Son vaxtlar bəlkə də ən yaxşı oyunlarını keçirirdi. Digər oyunçuları hazırlayacağıq. Vaxtımız azdır, cəmi 2-3 məşqimiz olacaq. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Hansısa fiziki çatışmazlıqlar ola bilər. Bu üç gündə komandanı oyun planında tam hazırlamalıyıq. Rəqib topla çox yaxşı davranır. Fərdi olaraq da ustalıq keyfiyyəti yüksək olan futbolçuları var.

"Qarabağ"ın futbolçularının millidəki oyununu necə dəyərləndirirsiniz?

- Millinin futbolçularının heç birini ayırmaq istəmirəm. Hər biri azərbaycanlı oyunçulardır. Çox da şərh etmək istəmirəm. Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq. 

Sizin milliyə baş məşqçi gətirilməyinizlə bağlı iddialar var. Bu haqda nə deyə bilərsiniz?

- Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm mənə bir də bu barədə sual verməyəsiz. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim "Qarabağ"dadır.

Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?

- Cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır.