"Belə tədbiri gözəl Şamaxıda keçirdiyimiz üçün çox şadıq"

"Belə tədbiri gözəl Şamaxıda keçirdiyimiz üçün çox şadıq"

“Türkdilli Dövlətlərin beynəlxalq turnirinin gələn il Türkiyədə keçirilməsini istəyirik”.

Mediasport.az xəbər verir ki, bunu Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O, bununla bağlı digər ölkələrin federasiya rəhbərləri ilə danışıqlar aparılacağını bildirib: “Türkiyə Badminton Federasiyasının rəhbərliyi Türkdilli Dövlətlərin beynəlxalq turnirini gələn il təşkil etmək istəklərini bildirdilər. Digər ölkələrin badminton federasiyaları ilə bu barədə danışacağıq”.

Federasiya rəhbəri Şamaxı Olimpiya İdman Kompleksində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlərin beynəlxalq badminton turniri ilə bağlı da müsbət fikirlər səsləndirib:

“Belə tədbiri gözəl regionlarımızdan biri olan Şamaxıda keçirdiyimiz üçün çox şadıq. Bu, ondan xəbər verir ki, badmintonu Azərbaycanın hər yerində inkişaf etdirəcəyik. Türkdilli Dövlətlərin Badminton Federasiyaları ilk dəfədir bu cür təşəbbüsdə iştirak edirlər. Bunu ənənə halına gətirəcəyik. Türkdilli Dövlətlərin həm siyasi, həm iqtisadi, həm idman, həm mədəniyyət sahələrində çox yaxın əlaqələri var. İdman sahəsində bu münasibətləri inkişaf etdirməkdən məmnunuq”.

Qeyd edək ki, Şamaxı Olimpiya Kompleksində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən idmançılar Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində 5 kateqoriya üzrə yarışıblar.

Kişilərin şəxsi yarışının finalında badmintonçumuz Diki Pangestu türkiyəli Əmrə Laləyə 2:1 hesabı ilə qalib gələrək, turnirin qızıl medalına sahib çıxıb.

Qadınların şəxsi yarışının həlledici duelində Türkiyə təmsilçisi Özgə Bayrak idmançımız Era Maftuhanı hər iki setdə üstələyib.

Kişilərin qoşa yarışında Sərhat Salim-Yusuf Ramazan (Türkiyə) tandemi Diki Pangestu-Muhammed Kadafi cütünə 2:1 (20:22, 24:22, 22:20) hesabı ilə qalib gəlib.

Qadınların qoşa yarışında türkiyəlilər İlayda Nur-Sare Ece finalda Aişa Zumabek-Nargiza Raxmatullayeva (Qazaxıstan) qoşasını hər iki setdə məğlub edərək, qızıl medal qazanıb.

Qarışıq qoşa kateqoriyasında badmintonçularımız Muhammed Kadafi-Era Maftuha həlledici görüşdə Buğra Aktaş-Sinem Y