Bir boksçumuz finalda, digəri bürünc medal qazandı - Avropa Oyunları

Bir boksçumuz finalda, digəri bürünc medal qazandı - Avropa Oyunları

Azərbaycan boksçuları Murad Allahverdiyevlə Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşlərinə çıxıblar.

MediaSport.az xəbər verir ki, +92 kq çəki dərəcəsində mübarizə aparan Abdullayev finala gedən yolda Almaniya təmsilçisi Nelvi Ram Tiafakla qarşılaşıb.

Rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gələn boksçumuz qızıl medal uğrunda daha bir inamlı addım atmaqla yanaşı, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Bu, boksçularımızın Fransada təşkil olunacaq olimpiadaya ikinci vəsiqəsi olub. Ondan öncə Murad Allahverdiyev (80 kq) də olimpiya oyunlarında iştirak hüququ qazanıb. Avropa Oyunlarında ölkəmizi 80 kq-da təmsil edən Murad Allahverdiyev yarımfinalda xorvatiyalı Qabriyel Veoçiçə uduzaraq bürünc medalla kifayətlənib.