Boks üzrə Azərbaycan yığma komandası Bolqarıstana yollanıb
Azərbaycanın kişilərdən ibarət boks millisi Bolqarıstana yollanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Pedro Roke və məşqçi Nəriman Abdullayev rəhbərliyi altında yığmanın 4 üzvü Sofiyada təlim-məşq toplanışına qatılıb.
Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71 kq) və Alfonso Dominges (92 kq) iştirak edirlər. Yığma Bolqarıstanda toplanışı ev sahibləri və Rumıniya milliləri ilə birgə keçir. Məşqlərdə sınaq döyüşlərinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, hazırlıq prosesi noyabrın 10-dək davam edəcək.