Bu ölkələrin Beynəlxalq Paralimpiya Komitəsində üzvlüyü dayandırıldı

Bu ölkələrin Beynəlxalq Paralimpiya Komitəsində üzvlüyü dayandırıldı

Rusiya Paralimpiya Komitəsi Beynəlxalq Paralimpiya Komitəsindən çıxarılıb.

mediasport.az xəbər verir ki, bu barədə komitənin Berlində keçirilən növbədənkənar Baş Assambleyasında qərar qəbul edilib.

Qərarın lehinə 64 nümayəndə, əleyhinə 39 səs verib, 16 üzv bitərəf qalıb. Beynəlxalq Paralimpiya Komitəsi Belarus Paralimpiya Komitəsinin də öhdəliklərini yerinə yetirmədiyi üçün üzvlüyünü dayandırıb. Qərarın lehinə 54 nümayəndə, əleyhinə 45 səs verib, 14 üzv bitərəf qalıb.