"Bu sualın cavabını bilsəydim, hər oyun qalib gələrdik" - Mark Tamaş
"Sumqayıt"a qarşı yaxşı oynamadıq. Bu da bizi əsəbləşdirdi. Asan qollar buraxdıq və sonda uduzduq"
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Neftçi"nin müdafiəçisi Mark Tamaş deyib.
Azərbaycan Premyer Liqasının 13-cü turunun "Sumqayıt"a məğlubiyyəti (1:2) haqda danışan 30 yaşlı macarıstanlı bəxtlərinin də gətirmədiyini vurğulayıb:
"Futbolda bəxt önəmli amildir. Amm rəqib iki qol vurdu. Biz onlardan daha yaxşı oynamalı idik. Stabilliyimiz niyə yoxdur? Bu sualın cavabını bilsəydim, hər oyun qalib gələrdik. Bilmirəm. Çalışmağa davam edirik. Qeyri-sabitlik hamımızı əsəbiləşdirir. Bir oyun yaxşı alınır, sonra evdə yaxşı oynamırıq, uduzuruq, gah da heç-heçə olur. Qarşıda iki həftə vaxtımız var, səhvlərimizi, problemlərimizi tapıb aradan qaldırmağa çalışacağıq. Milli fasilədən sonra evdə çox oynayacağıq. Ardıcıl qələbələr qazanmalıyıq".
Təcrübəli futbolçu görüşdən sonra baş vermiş gərginlik haqda bunları qeyd edib:
"Bunlar futbolun içində olan emosiyalardır. “Sumqayıt”ın baş məşqçisi azarkeşlərimizi təxribata çəkməyə çalışırdı. Biz də öz azarkeşlərimizi qorumalıyıq. Əlbəttə, qalib gələn komanda buna sevinməli, qeyd etməlidir. Ancaq bu, başqalarına hörmətsizliklə nəticələnməməlidir. Meydanda baş verənlər meydanın içində qaldı, biz bunu kənara daşımırıq. Mübarizə meydanın içində olmalıdır. Döyüşməyə davam etməliyik, qələbələr üçün yollar axtarmalıyıq".