Yığmamızın baş məşqçisi italyanlara Bakı haqqında danışdı
Milli komandamızın baş məşqçisi Canni de Byazi İtaliyanın "La Republica" nəşrinə açıqlama verib.
mediasport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis Bakıdakı həyat tərzi haqda danışıb.
Paytaxtımızın gözəl olduğunu diqqətə çatdıran italyan deyib ki, burada da futbol əsas problem olmasa, Tanrı kimi yaşamaq olar: "Havalar soyuq deyil. Çünki Bakı Leççe ilə eyni paraleldə yerləşir. Dünyadakı siyasi gərginlik fonunda Azərbaycanda hər hansı müharibə narahatlığı hiss olunmur".