AVRO-2024: Daha 4 milli qitə çempionatına yollana bilər

AVRO-2024:  Daha 4 milli qitə çempionatına yollana bilər

AVRO-2024-ün seçmə mərhələsində 9-cu turun görüşləri bu gün davam etdiriləcək.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qrupda 7 matç baş tutacaq.

E qrupunda Albaniya və Çexiya qələbə qazansa, Almaniya biletini təmin edəcək.

H qrupunun Danimarka – Sloveniya qarşılaşmasında sevinən tərəf qitə çempionatının final mərhələsinə yüksələcək. Bu matçla paralel Qazaxıstan - San Marino görüşü də heç-heçə başa çatsa, AVRO-2024-ə vəsiqəni Sloveniya və Danimarka milliləri rəsmiləşdirəcək.

Qeyd edək ki, daha əvvəl daha əvvəl, Slovakiya, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Macarıstan, Portuqaliya, Fransa, Türkiyə, İngiltərə və meydan sahibi Almaniyanın AVRO-2024-ün final mərhələsində iştirakı rəsmiləşib.


AVRO-2024. Seçmə qrup mərhələsi. 9-cu tur


C qrupu

23:45. İngiltərə - Malta

23:45. İtaliya – Şimali Makedoniya

Xal durumu: İngiltərə - 16, Ukrayna – 13, İtaliya – 10, Şimali Makedoniya – 7, Malta - 0.


E qrupu

21:00. Moldova – Albaniya

23:45. Polşa – Çexiya

Xal durumu: Albaniya – 13, Çexiya – 11, Polşa – 10, Moldova – 9, Farer adaları - 1.


H qrupu

19:00. Qazaxıstan - San Marino

21:00. Finlandiya - Şimali İrlandiya

23:45. Danimarka – Sloveniya

Xal durumu: Sloveniya – 19, Danimarka – 19, Qazaxıstan – 15, Finlandiya – 12, Şimali İrlandiya – 6, San Marino - 0.